Azərbaycan 2020-ci il Korporativ Təlim Prosesi Tədqiqatında siz də yerinizi Alın

PDR International olaraq, 30-cu ilimizi geridə qoyaraq girdiyimiz 2020-ci ildə; Azərbaycanda fəaliyyət göstərən şirkətlərin Korporativ Təlim və İnkişaf proseslərini araşdırmaq ,mövcud status hesabatını araşdırmada iştirak edən bütün İnsan Resursları, Təlim və İnkişaf Peşəkarları ilə bölüşərək sektora töhfə vermək üzrə indiyə qədər edilməmiş bir araşdırma aparırıq. Azərbaycan Korporativ Təlim Prosesi Tədqiqatı - 2020 nin sizə daha ətraflı nəticələr verə bilməsi üçün iştirakçı şirkətlərin sayısının ən yüksək səviyədə olması birinci öncəliyimizdir.

İnsan Resursları, Təlim və İnkişaf şöbələrində çalışan mütəxəssislərin iştirakını hədəfləyən araşdırma sonrası:

Sektor- ŞIrkət Quruluşuna və Böyüklüyünə Görə

  • Azərbaycanda Iştirak Edən Müəssisə Sayısı
  • İştirak Edən Müəssisələrdəki Təlim və İnkişaf Şöbəsində Çalışanların Sayı
  • İllik Təlim Planlaşdırma Dövrləri
  • İllik Təlim Sərmayələri
  • Korporativ Təlim Mövzuları
  • Adambaşına Təlim Saatları
  • İStifadə Olunan Təlim Metodları
  • Üstünlük Verilən Öyrənmə Modelləri
  • Təlim Səmərəliliyinin və Sərmayələrin Ölçülməsi

Kateqoriyalarının və alt başlıqlarının nəticələri ,30 yanvar - 15 mart 2020-ci il tarixləri arasında, aprelın son həftəsində ətraflı bir hesabatla pulsuz olaraq araşdırmada iştirak edən bütün təşkilatlara paylanacaq.

Hər təşkilatdan bir şəxsin iştirak ede biləcəyi araşdırmamıza azerbaycanarastirmasi2020@pdrinternational.com.tr adresinə elektron məktub göndərməklə iştirak edə bilərsiniz və ya araşdırmada iştirak etməsini istədiyiniz İnsan Resursları və / və ya Təlim Menecerini elektron poçt ünvanımıza yönəldə bilərsiniz.

https://www.linkedin.com/groups/2528896/ linkinə girib bu qrupun üzvü ola bilərsiniz, tədqiqatımız barədə cari məlumatlara dərhal daxil ola bilərsiniz.

Hörmətlə.

PDR International